Prezident 2020-ci il dövlət büdcəsini təsdiqləyib

 Prezident 2020-ci il dövlət büdcəsini təsdiqləyib
  17 Dekabr 2019    Oxunub:5863
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanun imzalayıb.
Azvision.az xəbər verir ki, Qanuna əsasən, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 336,95 milyon manat, yerli gəlirləri 797 milyon 550 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 44 milyon 596 min manat, yerli xərcləri 850 milyon 104 min manat) məbləğində təsdiq edilib.

2020-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri ilə BURADAN tanış ola bilərsiniz.

Azvision.az



Teqlər: Prezident   Büdcə  





Xəbər lenti