Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları yaradılır

Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları yaradılır
  17 Dekabr 2019    Oxunub:2265
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Qərara əsasən, iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması ilə bağlı müzakirələrin keçirilməsi, təkliflərin verilməsi və qərarların qəbul edilməsi istiqamətində dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, işəgötürənlər və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri tərəfindən həyata keçirilən fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları yaradılır və tərkibləri təsdiq edilir. Həmçinin “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının Əsasnaməsi” təsdiq edilir.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   Qərar  





Xəbər lenti