Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır - FOTOLAR

Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır -  FOTOLAR
  17 Dekabr 2019    Oxunub:5445
Bu gün Müdafiə Sənayesi Nazirliyinin (MSN) işçilərinin peşə bayramı günüdür.
Azvision.az xəbər verir ki, nazirliyin yaradılmasından 14 il ötür.



Dövlət başçısının tapşırığına əsasən, MSN 2009-cu ildən beynəlxalq müdafiə sərgilərinə qatılır. Qabaqcıl firma və şirkətlərin təmsil olunduqları beynəlxalq sərgilərdə MSN-in müəssisələrində yaradılan və istehsal edilən müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi adı altında nümayiş etdirilir. Bu günədək 35-dən çox beynəlxalq sərgidə təmsil olunan nazirliyin qatıldığı hər bir sərgidə nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb. 2005-ci ildə yaradılan və qısa zamanda fəaliyyətə başlayan MSN beynəlxalq müdafiə sərgilərinə qatılmaqla yanaşı, bu qəbildən olan sərgilərin təşkilatçısına da çevrilib. MSN-in təşəbbüsü və təşkilatçılığı ilə 2014-cü ildə Azərbaycanda “ADEX” adı altında ilk dəfə beynəlxalq müdafiə sənayesi sərgisi keçirilib. “ADEX” sərgisi hər iki ildən bir keçirilir. Ötən ilin sentyabrında keçirilən “ADEX-2018” sərgisində isə Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və sair dövlətlər daxil olmaqla 29 ölkədən 224 şirkət iştirak edib.



MSN bu sərgidə bir neçə adda yeni məmulatı ilk dəfə olaraq nümayiş etdirib. Bu məmulatlardan AZ-50 tipli avtomat, HP-7,62 tipli hücum pulemyotu, 81 millimetrlik minaatan (NATO standartlarına uyğun), müxtəlif snayper tüfəngləri, zirehli texnikaları, pilotsuz uçuş sistemləri, NSVT-12,7 tipli pulemyotlu məsafədən idarə olunan döyüş modulu böyük maraqla izlənilib. Sərgi çərçivəsində Türkiyə, Rusiya, Belarus, Ukrayna, İran, Özbəkistan, Serbiya, Sudan və digər ölkələrin nümayəndə heyətləri, şirkət rəhbərləri ilə ikitərəfli görüşlərdə mövcud əməkdaşlıqların davam etdirilməsi və yeni əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.











Azvision.az


Teqlər: MüdafiəSənayesiNazirliyi   Peşə   Bayram  





Xəbər lenti