Azərbaycan jurnalistlərinin müəllimi - 95 il (FOTOLAR)

  17 Dekabr 2019    Oxunub : 1256
 Azərbaycan jurnalistlərinin müəllimi - 95 il (FOTOLAR)
Bu gün Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun doğum günüdür.
Azvision.az xəbər verir ki, tədqiqatçı alim Ş.Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə 2 illik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsində, 1945-1950-ci illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetində filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.



1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb, 1962-1969-cu illərdə həmin fakültənin dekan müavini olub, 1961-1971-ci illərdə BDU-nun jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı, 1971-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedrasının müdiri vəzifəsində işləyib. 1988-ci ildən kafedranın professoru olub.

Əməkdar jurnalist Şirməmməd Hüseynov 24 iyun 2019-cu il tarixində 95 yaşında vəfat edib.







Azvision.az

Teqlər: ŞirməmmədHüseynov   Professor