“Dəmir yollarında çalışanların maaşı 95 faiz artıb” - Cavid Qurbanov

 “Dəmir yollarında çalışanların maaşı 95 faiz artıb” -  Cavid Qurbanov
  17 Dekabr 2019    Oxunub:5706
“Bu gün dəmir yollarında çalışan işçilərin maaşı 2015-ci illə müqayisədə orta hesabla 95 faiz artıb. Əvvəl işçilər 120-130 manat əmək haqqı alırdısa, bu gün dəmir yolu işçilərinin maaşı 583 manat ətrafındadır. Maaş artımı davam edəcək”.
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Qurum rəhbəri bildirib ki, hazırda dəmir yolu sahəsində 20 minə yaxın işçi çalışır: "Bu gün dəmir yolunda orta sürət 55 km-in üzərindədir. Dəmir yolunda 900 km-ə yaxın yeni yol, 500-600 yolayrıcı dəyişdirilib, kontakt şəbəkələr tikilib. Yeni elektrik qatarları alıb. Artıq onların sayı 9-a çatıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: Cavid-Qurbanov  





Xəbər lenti