“Bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq” - RƏSMİ

  “Bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq” -    RƏSMİ
  17 Dekabr 2019    Oxunub:2365
Bakıda Güzdək-Sahili birləşdirən dəmir yolunun təmir etdirilməsi nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq.
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Qurum rəhbəri bildirib ki, həmin yolun araşdırılmasına başlanılıb: "Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə də başlanılıb. Bakı-Rusiya sərhəddində olan yola Asiya Bankından kredit ayrılıb. Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işlər görəcəklər".

C.Qurbanov qeyd edib ki, Bakıdan Lənkərana dəmir yolunun salınması üçün torpaq alınması prosesləri başa çatdırılıb.

"Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən gedəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021- ci ildən işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomitvlərin təmiri üçün müqavilə bağlanılıb. 42 lokomotiv və dəmir yolunda sərnişinləri daşıyan avtobus və 30-a yaxın vaqonların təmiri nəzərdə tutulur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Cavid-Qurbanov  





Xəbər lenti