Sosial işçi mexanizmi təkmilləşdirilir - Nazir açıqladı
Nazir bildirib ki, il ərzində təxminən 10 min insana bu mexanizm vasitəsilə nazirliyin 1000-ə yaxın sosial xidmətçisi tərəfindən evlərdə xidmət göstərilir: "Hazırda bu istiqamətdə yeni model üzərində işləyirik. Bu model daha da təkmilləşdiriləcək. Beynəlxalq təcrübəyə uyğun şəkildə ahıl, tənha şəxslərə evdə xidmət göstərilməsi prosedurların mexanizmləri və əhatə dairəsi daha da genişləndiriləcək".
S. Babayev qeyd edib ki, bu gün nazirliyin tərkibində 15 növ sosial xidmət var: "Pensiya yaşına çatan şəxslər üçün 10-dək ahıllar mərkəzinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlərinin fəaliyyəti ölkə üzrə sosial xidmət şəbəkəsinin yaradılmasına böyük dəstəkdir. Bu şəbəkə bütün rayonları əhatə etməlidir".
Aytən Zəhra
Azvision.az
Teqlər: ƏƏSMN