Cavid Qurbanov: “Elə yerdə ev tikin ki, sonra sökülməsin”

    Cavid Qurbanov:    “Elə yerdə ev tikin ki, sonra sökülməsin”
  17 Dekabr 2019    Oxunub:3294
Evlərinizi tikəndə elə yerdə tikin ki, həm özünüz üçün təhlükə olmasın, həm də sonradan sökülməsin.
Azvision.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında vətəndaşalara müraciət edib.

O bildirib ki, bəzən insanlar ev tikərkən məqsədəuyğun olmayan əraziləri seçir: “Məsələn, elektrik xətlərinin altında, dəmiryollarının yanında ev tikmək doğru deyil. Bu ilk növbədə həmin ailələrin öz təhlükəsizliyi baxımından doğru deyil. Elə Bakı “Şanxayı” adlandırılan ərazini götürək. O ərazi təəssüf ki, ev tikilməsi üçün münasib yer hesab olunmur. Biz dəmir yollarının yaxınlığında olan təhlükəli evləri sökmək məcburiyyətində qaldıq. Bu, onların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq həmin insanlar daha yaxşı şəraitdə yaşayırlar. Sadəcə bizim insanlarda qəribə xasiyyət var. Əvvəlcə şirkətlər onlarla danışır, razılaşırlar, amma o bir misal var, “iştah diş altındadı” sonradan fikirlərini dəyişirlər. Gəlib deyirlər ki, məsələn 10 kvadratmetrlik ərazi üçün mənə 10 yox, 20-30 min manat verin".

Aytən Zəhra
Azvision.az


Teqlər: Cavid-Qurbanov  





Xəbər lenti