Əmək Müfəttişliyi Xidmətinin Bakı İdarəsi yaradılıb

Əmək Müfəttişliyi Xidmətinin Bakı İdarəsi yaradılıb
  17 Dekabr 2019    Oxunub:2802
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin paytaxtdakı 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin bazasında Xidmətin Bakı şəhər İdarəsi yaradılıb.
ƏƏSMN-dən Azvision.az -a verilən məlumata görə, məqsəd Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunun optimallaşdırılması və qurumun idarəetməsinin yaxşılaşdırılması, yerli qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Əmrlə həmçinin Xidmətin yerli orqanları haqqında Əsasnamə və Xidmətin strukturu da təsdiq edilib.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti