Ağstafaya sürət qatarı ilə getmək mümkün olacaq
Onun sözlərinə görə, bunun üçün ikili sistemlə işləyən yeni qatarlar gətirilib: "Azərbaycan dəmir yollarında stabil cərəyandan dəyişən cərəyana keçilir. Böyük Kəsikdən Gəncəyə qədər olan ərazinin dəyişən cərəyana keçilməsi 5-6 ay tələb edir. Çalışacağıq ki, 2 ay ərzində Ağstafaya gedən qatarların sürətini tənzimləyib işə salaq. Ağstafadan Qazaxa 15 km-lik məsafə var. Düşünürəm ki, Ağstafa yolu yaxşı işləsə, Qazax sakinləri də bu yoldan istifadə edə bilər. Qazax stansiyası hələlik istifadəyə verilmir, çünki intensiv deyil və xərcləri var. Stansiya öz xeyrini ödəmədiyi üçün bu məsələ bir qədər çətin olacaq”.
Aytən Zəhra
Azvision.az