BTQ-nin Naxçıvana birləşdirilməsi - 2 milyard dollar lazımdır

 BTQ-nin Naxçıvana birləşdirilməsi -    2 milyard dollar lazımdır
  17 Dekabr 2019    Oxunub:3287
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb.
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi əngəllərə baxmayaraq, BTQ xəttinin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində səylər davam etdirilir.

"Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv şəkildə istifadə edilir. Qazaxıstan tərəfi ilə əlavə yüklərin dəmir yolu xətti ilə daşınması istiqamətində işlər aparılır və bunun nəticəsi əlavə 500-600 min ton yükün cəlb edilməsi deməkdir".

C.Qurbanov qeyd edib ki, sözügedən xəttlə sərnişin daşınmalarının təşkili ilə bağlı işlər aparılır: "Bu yaxınlarda həmin istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Sənədlər hazır olunub imzalanandan sonra sərnişin daşınmalarına start veriləcək".

BTQ xəttinin Naxçıvanla birləşdirilməsi məsələsinə toxunan C. Qurbanov qeyd edib ki, bunun üçün Türkiyə ərazisində 280 km xətt tikilməlidir. Bu da 2 milyard dollara yaxın sərmayə tələb edir.

Aytən Zəhra
Azvision.az


Teqlər: BTQ  





Xəbər lenti