Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq
  17 Dekabr 2019    Oxunub:2205
Azərbaycanda dekabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8°, gündüz 10-14° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Azvision.az



Teqlər: Hava   ETSN  





Xəbər lenti