Bakıda qaşıq udan şübhəli şəxs qolu qandallı xəstəxanadan qaçdı

  Bakıda qaşıq udan şübhəli şəxs qolu qandallı xəstəxanadan qaçdı
  17 Dekabr 2019    Oxunub:2645
Bakıda polisin saxladığı şəxs qolu qandallı xəstəxanadan qaçıb.
Azvision.az “Report”a istinadən xəbər verir ki, hadisə dekabrın 15-də baş verib. Belə ki, Bərdə rayon sakini 36 yaşlı Sadıqov Elgün Şakir oğlu Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

O, idarənin müvəqqəti saxlama otağına aparılıb. E.Sadıqov çay içərkən qaşığı götürərək udub. Dərhal E.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Polis nəzarəti ilə o, həkim müayinəsindən keçib. Müayinə zamanı E.Sadıqov polisin diqqətindən yayınaraq xəstəxananın 4-cü mərtəbəsindən əlində qandal pəncərəni qıraraq qaçıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı E.Sadıqov yaşadığı ünvanda aşkarlanıb. Məlum olub ki, saxlanılan şəxs yaşadığı evə gedərək orada yatıb.

Azvision.az



Teqlər: Xəstəxana  





Xəbər lenti