İlham Əliyev Qətər Əmirini təbrik edib

İlham Əliyev Qətər Əmirini təbrik edib
  17 Dekabr 2019    Oxunub:2501
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Qətər əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına sülh və rifah diləyirəm".

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Qətər   Şeyx  





Xəbər lenti