233 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib

233 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
  17 Dekabr 2019    Oxunub:2681
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 469 namizəd müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərdən 233 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 155 nəfəri artıq imza vərəqələrini götürüb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Parlament   Seçki  





Xəbər lenti