Zelenski Qarabağdan danışdı: “Birgə mövqedən çıxış edirik”

Zelenski Qarabağdan danışdı:  “Birgə mövqedən çıxış edirik”
  17 Dekabr 2019    Oxunub:2630
“Təbii ki, bizim bugünkü söhbətimizin əsas hissəsini milli və regional təhlükəsizlik məsələləri təşkil edirdi. Biz burada Dağlıq Qarabağ münaqişəsi və Ukraynanın şərqində baş verən münaqişəni müzakirə etdik”.
Azvision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Biz bir-birimizi ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində də dəstəkləyirik. Burada söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpadan gedir. Bu baxımdan bu prinsip həm ikitərəfli təmaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində də bizim əməkdaşlığı özündə ehtiva edir. Bu, bizim ölkələrimizin arasında olan münasibətlərin səviyyəsinin göstəricisidir. Biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik. Azərbaycana 2020-ci ildə GUAM-a uğurlu sədrlik arzu edirəm”, - deyə Zelenski vurğulayıb.

Azvision.az



Teqlər: Qarabağ   Ukrayna  





Xəbər lenti