Təhsil İnstitutundan valideyn və müəllimlərə müraciət

Təhsil İnstitutundan valideyn və müəllimlərə müraciət
  17 Dekabr 2019    Oxunub:1682
"Bu gün Azərbaycan məktəblərində kifayət qədər istedadlı şagirdlər olsa da, onların dəqiq sayını demək çətindir".
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycan üzrə fənn müsabiqələrində bölgələrin ən yaxşı şagirdləri iştirak edir: "Bu müsabiqələrdə iştirak edən şagird sayının 23-30 min olması o deməkdir ki, bizim bu qədər sayda yaxşı şagirdimiz var. İstedadlı şagirdlərin valideynlərinə və müəllimlərinə müraciət edərək deyirik ki, həmin şagirdlərin fənn müsabiqələrində iştirakına şərait yaratsınlar. Çünki fənn müsabiqələri uşaqların öz istedadlarını nümayiş etdirməsi üçün ən yaxşı platformadır".

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə 2018-2019-cu tədris ilindən ümumtəhsil məktəblərində VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə isə təbiət elmləri təmayüllü xüsusi siniflər yaradılıb.

Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə, 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir.

Azvision.az



Teqlər: Təhsilİnstitutu  





Xəbər lenti