SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək

 SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək
  18 Dekabr 2019    Oxunub:1915
SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaq.
Azvision.az xəbər verir ki, bu sözləri dekabrın 17-də Prezident İlham Əliyev Bakıda Ukrayna Prezidenti Vladimir Zelenski ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, 4 neft bazası var. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaq”, - deyə Azərbaycan Prezidenti bildirib.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   SOCAR  





Xəbər lenti