Sərhəddə düşmən təxribatı: Yaşayış evləri atəşə tutuldu

  Sərhəddə düşmən təxribatı: Yaşayış evləri atəşə tutuldu
  18 Dekabr 2019    Oxunub:3893
2019-cu ilin 17 dekabr tarixində saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinn Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

Azvision.az



Teqlər: Qazax   DSX   Atəş  





Xəbər lenti