Bakının mərkəzində su olmayacaq

Bakının mərkəzində su olmayacaq
  18 Dekabr 2019    Oxunub:1901
Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyət olacaq.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 18 dekabr 2019-cu il tarixində gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Azvision.az



Teqlər: Azərsu  





Xəbər lenti