Maşın satmaq adı ilə dələduzluq etdi - FOTOLAR
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə məlum olub ki, R.Cəfərov avtomobil elanları saytlarında müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrinin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobilləri bazar dəyərindən daha ucuz qiymətə satılması barədə elanlar yerləşdirib.
Daha sonra isə ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gələn R.Cəfərov, alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, onlara bank hesab nömrəsi tədqim edib.
Alıcılar tərəfindən beh göndərildikdən sonra isə R.Cəfərov zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsmiş və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib. Polis əməkdaşları Rəsul Cəfərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər bu gəncin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Xızı RPŞ-nə və ya şəhər telefonlarından 02331-5-01-31 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Azvision.az
Teqlər: DİN