DİM sədri: “İslahatlar işimizə çox böyük təsir göstərir”

  DİM sədri:  “İslahatlar işimizə çox böyük təsir göstərir”
  18 Dekabr 2019    Oxunub:3826
Qiymətləndirmə və təhsil sistemində, ümumilikdə ölkədə aparılan islahatlar işimizə çox böyük təsir göstərir.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yeni imtahan modeli: islahatlar, nəticələr gözləntilər" mövzusunda keçirilən konfransda çıxış zamanı deyib.

Onun sözlərinə görə, 20 ildən çoxdur ki, hər il keçirilən imtahanlardan sonra geniş elmi-statistik təhlillər aparılır.
"Bu statistik təhlillər indi də aparılır, ancaq builki imtahanların statistik təhlilləri ilə bağlı hər hansı fikir söyləyə bilmərəm. Çünki həmin tədqiqatlar hazırda davam edir. Sosial Tədqiqatlar Mərkəzinin sorğularının nəticələri yalnız imtahan prosedurları ilə bağlıdır. Bizdə də tədqiqatlar aparılır. STM-in səsləndirdiyi fikirlər bizim üçün çox vacibdir. Bütün bu nəticələri gələcəkdə öz işlərimizdə mütləq nəzərə alacağıq. Sosial xarakterli araşdırmalar ilk dəfə olsa da, davam etdirmək lazımdır".

M.Abbaszadə qeyd edib ki, problemləri təkcə şagirdlərlə yox, müəllimlərlə, təhsil sistemində işləyən ekspertlərlə müəyyənləşdirib, daha dərin tədqiqatlar aparmaq lazımdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti