“Heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur” - Məleykə Abbaszadə
"Buna görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur. Yalnız ikinci şansı istifadə etmək istəyənlər var, həmin imtahanın qiymətini ödəyir. Yeni imtahanları, yeni tələbləri və imtahan nəticələrini araşdırmaq, onu həyata keçirmək üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımdan imtahanların qiymətləri o qədər də yüksək deyil. Özbəkistandan gələn heyət Azərbaycanda bizim işimizlə maraqlandılar. Özbəkistanda bu qiymətlər orta əmək haqqının yarısını təşkil edir. İmtahanın qiyməti həmin imtahanın keçirilməsinə sərf olunan vəsaitdən asılıdır.
Yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də verilən məvacibin onları qane etmədiyini söyləyirlər. Belə olan halda, biz qiymətləri necə aşağı sala bilərik?"
Aytən Zəhra
Azvision.az
Teqlər: Məleykə-Abbaszadə DİM