Prezident “Azərsu” ASC-yə 8 milyon manat ayırdı

  Prezident “Azərsu” ASC-yə 8 milyon manat ayırdı
  18 Dekabr 2019    Oxunub:2459
Prezident İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 8,0 (səkkiz) milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam  





Xəbər lenti