Nazir müavini: “Pulsuz səhiyyə özünü doğrultmadı”

    Nazir müavini:    “Pulsuz səhiyyə özünü doğrultmadı”
  19 Dekabr 2019    Oxunub:5114
"Səhiyyə müəssisələrinin Nazirliyin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib. O qeyd edib ki, pulsuz səhiyyənin özünü doğrultmadığı bəllidir.
"Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək".

R.Əliyev vurğulayıb ki, tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində davam etdiriləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: Xəstəxana   Səhiyyə-Nazirliyi  





Xəbər lenti