Goranboy sakinindən silah götürülüb

Goranboy sakinindən silah götürülüb
  19 Dekabr 2019    Oxunub:2132
Goranboyda qanunsuz silah aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Veyisli kənd sakini Y.Səfərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti