Onkologiya Mərkəzinin baş həkimi TV-ləri tənqid etdi

Onkologiya Mərkəzinin baş həkimi TV-ləri tənqid etdi
  19 Dekabr 2019    Oxunub:11689
“Bu gün hansı televiziyaya dövlətə məxsus səhiyyə müəssisəsindən professor dəvət olunur? Bu gün televiziyalar Azərbaycan qadınının öz mətbəxində bişirdiyi dadlı yeməyi qoyub, günəbaxan yağında bişirilən yeməyi reklam edirlər”.
Azvision.az xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu gün ölkədə ən böyük təbliğat maşını televiziyalardır: “Televiziyanı açanda hansısa müğənninin ad gününü görürsən. Bir professor yoxdur ki, onun ad gününü keçirsinlər? Onların ölkəyə verdiyi xeyir müğənnilərdən daha çoxdur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TV   Baş-Həkim  





Xəbər lenti