Gecə təlimi zamanı döyüş atışları icra edilib - VİDEO+FOTOLAR

 Gecə təlimi zamanı döyüş atışları icra edilib - VİDEO+FOTOLAR
  19 Dekabr 2019    Oxunub:3306
Müdafiə nazirinin təsdiq etdiyi 2019-ci il üçün döyüş hazırlığı planına əsasən, ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı gecə təlimi keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ssenariyə uyğun olaraq təlimə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri düşmənin gecə vaxtı hücumunun ona müxtəlif istiqamətlərdə cavab zərbələrinin endirilməsi ilə dəf edilməsi və qoşunlarımızın müdafiədən əks-hücuma keçməsi tapşırıqlarını icra ediblər.









Azvision.az



Teqlər: Təlim   Müdafiə  





Xəbər lenti