"1000 məntəqədə veb-kamera quraşdırılıb" - MSK sədri

 "1000 məntəqədə veb-kamera quraşdırılıb" -  MSK sədri
  19 Dekabr 2019    Oxunub:4137
Azərbaycanda seçki məntəqələrinin təxminən 20 faizə qədəri, yəni 1000 məntəqədə veb-kamera quraşdırılıb.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, veb-kamera qurulan məntəqələr xüsusi seçilir ki, Azərbaycanın bütün ərazisini əhatə etsin:
"Veb-kameralara daxil olmaq isə çox sadədir. Heç bir icazə tələb olunmur. İstənilən vətəndaş MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermənin gedişini izləyə bilər”.

MSK sədri vurğulayıb ki, Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək: “Həmin partiyadan olan müşahidəçilər də seçkinin gedişatını izləyə biləcək. Bundan əlavə, müşahidə aparmaq arzusunda olan vətəndaşlarımız da seçkini müşahidə edəcək. Veb-kameraların digər üstünlüyü isə ondan ibarətdir ki, seçkini izləmək üçün Azərbaycana gəlməyə ehtiyac yoxdur. Yer kürəsinin harasında olmasından asılı olmayaraq istənilən insan Azərbaycanda keçiriləcək seçkiləri izləyə biləcək. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunur. Həmçinin seçkiləri izləmək üçün 60 minə yaxın müşahidəçi var. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsinə bütün şərait yaradılıb”.

Azvision.az



Teqlər: MSK  





Xəbər lenti