Baş Nazirdən qərar - Bu şəxslər xüsusi siyahıya daxil ediləcək
Qərara əsasən, gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatlar, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir.
Müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir.
Azvision.az
Teqlər: Nazirlər-Kabineti