İdxal olunan qida məhsulları sərhədlərdə yoxlanacaq

 İdxal olunan qida məhsulları sərhədlərdə yoxlanacaq
  20 Dekabr 2019    Oxunub:3400
"Əgər biz gömrükdə şəffaflaşdırma işlərindən danışırıqsa, burada qida təhlükəsizliyi kənarda qala bilməz".
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Xarici Ticarət İşirakçılarının 2-ci Respublika Forumunda deyib.

Onun sözlərinə görə, gələn ildən ölkəyə idxal olunan qida məhsulları üçün qida təhlükəsizliyinə nəzarət məntəqələri yaradılacaq: “Qida təhlükəsizliyinə nəzarət məntəqələri sərhəd-keçid məntəqələrinin yaxınlığında yaradılacaq və daha sürətli, keyfiyyətli keçidə şərait yaradacaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti