Tikinti ilə bağlı yeni tələb - Ağac əkənlərə müsbət rəy veriləcək

   Tikinti ilə bağlı yeni tələb   - Ağac əkənlərə müsbət rəy veriləcək
  20 Dekabr 2019    Oxunub:2557
Köhnə binaların sökülərək yerində müasir və daha rahat binaların tikilməsi üçün icra edilən pilot layihələr təqdirəlayiqdir. Lakin bu layihələrin icrası zamanı ütün ekoloji tələblər nəzərə alınmalıdır".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu tip layihələrə tikinti ərazisinə düşən ağacların əvəzində daha çox sayda ağacın əkilməsi tələbi ilə müsbət rəy veririk:

"Yəni layihəsi təqdim olunan ərazinin mütləq olaraq 25 faizində yaşıllıq salınması tələbi qoyulur. Məsələn, 200 kvadrat metrlik ərazidə tikinti aparılacaqsa, biz ictimai dinləmədən sonra həmin tikintiyə, ərazinin 25 faizində mütləq ağac əkilməsi şərtilə müsbət rəy veririk. Əgər ərazidə ağac əkməyə yer olmursa, yəni tikinti kiçik bir ərazini əhatə edirsə, onda yenə də ictimai dinləmədən, məsləhətləşmədən sonra müvafiq boş sahələrdə yaşıllığın salınması tələbi ilə tikintiyə rəy verilir".

Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti