Kursantların intensiv hazırlığı həyata keçirilir - VİDEO

Kursantların intensiv hazırlığı həyata keçirilir -    VİDEO
  20 Dekabr 2019    Oxunub:2464
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) tədris planı və proqramına uyğun olaraq “Qaraheybət” təlim mərkəzində kursantların intensiv hazırlığı həyata keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, səhra şəraitində keçirilən məşğələlər zamanı kursantlar şərti düşmən hədəflərinin aşkar edilərək atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif silah nümunələrindən istifadə vərdişləri, eləcə də taktiki hazırlıq və hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər.



Gələcək zabitlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərin sonunda kursantlar əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.















Azvision.az


Teqlər: Kursant   Təlim   MN  





Xəbər lenti