"Seçicilərin səsverməsi üçün lazımi şərait yaradılacaq" - MSK sədri

  "Seçicilərin səsverməsi üçün lazımi şərait yaradılacaq" -    MSK sədri
  20 Dekabr 2019    Oxunub:3166
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçicilərin səsverməsi üçün bütün lazımi şərait yaradılacaq.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, ümumilikdə 5575 seçki məntəqəsi fəaliyyət göstərəcək. Onun sözlərinə görə, məntəqələrin hər birində bütün lazımi şərait yaradılacaq ki, Azərbaycan vətəndaşları öz səsvermə hüquqlarını layiqincə reallaşdıra bildirsinlər.

M.Pənahov qeyd edib ki, müşahidəçilərin öz missiyalarını yerinə yetirə bilmələri üçün də lazımi şərait yaradılacaq.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti