447 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib

 447 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
  20 Dekabr 2019    Oxunub:3955
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 802 namizəd müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, namizədlərin 123 nəfəri 8 siyasi partiya tərəfindən irəli sürülüb.

"Dörd nəfər təşəbbüs qrupları tərəfindən, 675 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb. Fərdi qaydada namizədliklərini irəli sürənlərdən 291 nəfərin 16 siyasi partiyaya mənsubiyyəti var".

M.Pənahov bildirib ki, müraciət edən şəxslərdən 447 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 339 nəfəri mza vərəqələrini artıq götürüb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti