Hindistanda etiraz edən 3,3 min nəfər saxlanılıb, 11 sakin ölüb

Hindistanda etiraz edən 3,3 min nəfər saxlanılıb,  11 sakin ölüb
  21 Dekabr 2019    Oxunub:3210
Hindistanın Uttar-Paradeş ştatında “Vətəndaşlıq haqqında” qanuna düzəlişlərin qəbuluna qarşı keçirilən etirazlar zamanı 11 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "Times of İndia" nəşri məlumat yayıb. Bildirilib ki, toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının 50-dən çox əməkdaşı xəsarət alıb.

Yerli polisin yaydığı məlumata görə, aksiyalarda iştirak edən 200-ə yaxın şəxs həbs olunub və əmrə tabe olmayan 3,3 mindən çox etirazçı saxlanılıb. Bundan əlavə, polis əməkdaşlarının etirazçılara qarşı odlu silahdan istifadə etmədiyi qeyd edilib.

Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti