Efirlərə çıxmayan Xalq artisti: “Vəziyyətim pisdir”

  21 Dekabr 2019    Oxunub : 3973
 Efirlərə çıxmayan Xalq artisti: “Vəziyyətim pisdir”
Uzun müddət efirlərdə görünməyən Xalq artisti Elmira Rəhimova təzyiq problemindən əziyyət çəkir.
Bu barədə Azvision.az -a "Tələbə" mahnısı ilə yaddaşlarda qalan sənətçi özü məlumat verib. O, hazırda vəziyyətinin pis olduğunu deyib.

“Vəziyyətim pisdir. Özümü yaxşı hiss etmirəm. Təzyiqim qalxır, günlərlə aşağı düşmür. Bütün günü halsız oluram. Artıq bilmirəm nə edim. Əvvəlki günlərimə qayıda bilmirəm” , - deyə Xalq artisti həyatından gileylənib.



Qeyd edək ki, E. Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Dillər İnstitutunu və Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib.

1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti kimi çalışıb. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb. Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.

Şəhanə Rəhimli
Azvision.az

Teqlər: Elmira-Rəhimova   Xalq-artisiti