Naxçıvanın Ali Məclisi toplandı

  21 Dekabr 2019    Oxunub : 1821
Naxçıvanın Ali Məclisi toplandı
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası öz işinə başlayıb.
Azvision.az xəbər verir ki, sessiyada 45 deputatdan 42-i iştirak edir.

Sessiyada 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiqi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiqi, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin təsdiqi, Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişikliklər edilməsi müzakirəyə çıxarılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı dinləniləcək.

Sessiyanın iclasında aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri də iştirak edirlər.

Azvision.az

Teqlər: Naxçıvan   Sessiya   Ali-Məclis