Bakıda uşaqlara siqaret satan 4 nəfər cərimələnib

Bakıda uşaqlara siqaret satan 4 nəfər cərimələnib
  21 Dekabr 2019    Oxunub:2405
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 17-də və 20-də nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Nizami və Nərimanov Rayon Polis idarələrinin əməkdaşları həmin rayonların ərazisində tədbirlər keçiriblər.

Reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkarlanıb.

Həmin mağazaların satıcıları R.Məmmədov, Ə.Qasımov, M.Cəfərov və M.Salmanov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Siqaret   Reyd  





Xəbər lenti