İsmayıllının baş həkimi işdən çıxdı - Yeni təyinat (FOTO)

  21 Dekabr 2019    Oxunub : 15227
 İsmayıllının baş həkimi işdən çıxdı - Yeni təyinat (FOTO)
Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi olub.

Azvision.az -ın məlumatına görə, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əsədov Aydın Qoşunəli oğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib. Onun yerinə Vidadi Rəhimov təyinat alıb. Yeni baş həkim bu gün kollektivə təqdim olunub.
Qeyd edək ki, V.Rəhimov bu təyinatadək İsmayıllı rayon uşaq poliklinikasının baş həkimi işləyib.


(Vidadi Rəhimov)

Rüstəm İsmayılov
Azvision.az

Teqlər: İsmayıllı   Xəstəxana