Naxçıvana 400 mindən çox turist gəlib

Naxçıvana 400 mindən çox turist gəlib
  22 Dekabr 2019    Oxunub:2553
2019-cu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 416 minə yaxın turist gəlib.
Azvision.az xəbər verir ki, bu barədə dekabrın 21-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında bildirilib.

Sessiyada qeyd olunub ki, Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil edib.

Azvision.az


Teqlər: Naxçıvan   Turist  





Xəbər lenti