Bu gün duman, çiskin olacaq

Bu gün duman, çiskin olacaq
  22 Dekabr 2019    Oxunub:2626
Bu gün Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə duman, çiskinli olacağı ehtimalı var, cənub küləyi əsəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz. Bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Azvision.az



Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti