Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri görüşəcək

  Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri görüşəcək
  22 Dekabr 2019    Oxunub:4232
Sabah Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirləri arasında üçtərəfli görüş keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlərin görüşündə müxtəlif sahələrlə bağlı cari məsələlər müzakirə ediləcək. Əsas diqqət üç ölkə arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq əlaqələrinə yönəldiləcək.

Bundan əlavə, üçtərəfli görüş çərçivəsində XİN rəhbərlərinin ortaq bəyanatı imzalanacaq.

Azvision.az



Teqlər: XİN   Görüş   Türkiyə   Gürcüstan   Məmmədyarov  





Xəbər lenti