Sabah Azərbaycanda 15156 bələdiyyə üzvü seçiləcək

Sabah Azərbaycanda 15156 bələdiyyə üzvü seçiləcək
  22 Dekabr 2019    Oxunub:3938
Sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq. Ümumilikdə səsvermə üçün siyahıya daxil edilmiş seçicilərin sayı 4 972 356 nəfərdir.

“Azərbaycanda mövcud olan 125 dairədən 7-si prosesdə iştirak etmir, çünki bu dairələr Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərdə yerləşir. Həmin 7 dairədən başqa, digər 7 dairədə də bizim məcburi köçkün vətəndaşlarımız var və burada seçicilərin sayı 339 326 nəfərdir”.

Azvision.az


Teqlər: Seçki   MSK  





Xəbər lenti