“Seçkidə pozuntu olsa, MSK-ya məlumat verin” - Məzahir Pənahov

 “Seçkidə pozuntu olsa, MSK-ya məlumat verin” -    Məzahir Pənahov
  22 Dekabr 2019    Oxunub:5166
Veb-kameralar məntəqə daxilində səsvermənin bütün gedişatını izləyir.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hər hansı məntəqədə pozuntu halı aşkarlanarsa, MSK-ya məlumat verilməlidir: "Hazırda 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Sevindirici haldır ki, indiyə qədər veb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem qeydə alınmayıb”.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Azvision.az



Teqlər: MSK   Məzahir-Pənahov  





Xəbər lenti