Bələdiyyə seçkilərində 41462 namizəd iştirak edəcək

Bələdiyyə seçkilərində 41462 namizəd iştirak edəcək
  22 Dekabr 2019    Oxunub:2815
Azərbaycanda bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin sayı 41462 nəfərdir.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bəzi şəxslər sonradan könüllü şəkildə namizədliklərini geri götürüblər.

MSK sədri, həmçinin qeyd edib ki, namizədlərin üçdə biri 13 siyasi partiyanın nümayəndələridir, digərləri isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti