Sabaha duman, çiskin gözlənilir

Sabaha duman, çiskin gözlənilir
  22 Dekabr 2019    Oxunub:4393
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Şimal-qərb küləyi 3-8 m/s, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm cive sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin gözlənilir.

Qərb küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti