Yeni nəsil şəxsiyyət vəsiqəsi olan seçicilərin sayı açıqlandı

 Yeni nəsil şəxsiyyət vəsiqəsi olan seçicilərin sayı açıqlandı
  22 Dekabr 2019    Oxunub:2386
Azərbaycanda 1 milyon nəfərdən çox yeni nəsil şəxsiyyət vəsiqəsi olan seçici var.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkəmizdə 1,5 milyondan çox vətəndaşa yeni nəsil şəxsiyyət vəsiqəsi verilib.

MSK sədri, həmçinin bildirib ki, bütün seçki məntəqələri yeni nəsil şəxsiyyət vəsiqələrini tanımaq üçün çip oxuyan qurğularla təmin olunub.

Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Azvision.az


Teqlər: Seçki   MSK   Bələdiyyə  





Xəbər lenti