Şəhid ailələri və müharibə əlillərinə ev verildi - Yenilənib
Qeyd olunub ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan güclü sosial siyasətin mühüm tərkib hissəsidir. Bu məqsədlə icra olunan proqramlardan biri də şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillərlə, fərdi yaşayış evləri ilə təmin olunmasıdır. Bu kateqoriyalardan olan vətəndaşlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük əksəriyyəti təqdim edilib.
Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7256 mənzil və fərdi ev təqdim edilib.
Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial təminatlarının gücləndirilməsinə göstərilən yüksək qayğıya və bu gün yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Azvision.az
Teqlər: Ağdam Əlil Şəhid Mənzil