MSK Mehman Hüseynovun müraciətinə münasibət bildirib

 MSK Mehman Hüseynovun müraciətinə münasibət bildirib
  22 Dekabr 2019    Oxunub:13197
Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun sosial şəbəkələrdə paylaşdığı videogörütüyə münasibət bildirib.
APA-nın sorğusuna cavab olaraq MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun təşviqat materiallarının çıxarılması ilə bağlı müraciətinə əsasən dairə seçki komissiyası qərar qəbul edərək aidiyyatı polis orqanına müraciət edib.

Məsələ tam araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək.

Azvision.az



Teqlər: MSK  





Xəbər lenti